2023-cü ilin I yarımilində cinayət işləri üzrə 60 milyon 860 min manatın ödətdirilməsi təmin edilib
Azərbaycanda Baş Prokurorluğun qərarları ilə - YOXLAMA APARILAN DÖVLƏT QURUMLARI - SİYAHI
FED.az xəbər verir ki, bu gün keçirilən Geniş Kollegiya iclasında çıxış edən Baş prokuror Kamran Əliyev prokurorluğun əsas fəaliyyət istiqamətləri üzrə görülən işlər və statistik göstəricilər barədə məlumat verib.
K.Əliyev bildirib ki, Respublika üzrə ibtidai istintaqı tamamlanmış cinayət işləri üzrə ümumilikdə 151 milyon 424 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 40,2 faizinin, yəni 60 milyon 860 min manat hissəsinin ödənilməsinə nail olunub.
Prokurorluq orqanlarında ibtidai istintaqı aparılaraq yekunlaşmış cinayət işləri üzrə ümumilikdə 43 milyon 136 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 40,4 faizinin, yəni 17 milyon 407 min manat hissəsinin ödənilməsinə nail olunub, 4 milyon 368 min manat məbləğində əmlak üzərinə həbs qoyulub", - deyə o, əlavə edib.
İstənilən hüquq və vergi xidmətləri ilə bağlı məsələləri “Turan Legal and Tax Services” şirkətinə həvalə edə bilərsiniz. “Turan Legal and Tax Services” sizə ən yüksən konsaltinq standartları ilə xidmət göstərən etibarlı hüquq şirkətidir. “FED.AZ saytının “Hüquq” və “Məhkəmələr” rubrikasına aid bütün xəbərləri ölkənin ən qabaqcıl konsaltinq şirkətlərindən olan “Turan Legal and Tax Services” şirkəti təqdim edir. Ünvan: Bakı, Füzuli küç. 37 Park View Biznes Mərkəzi, V mərtəbə Telefon: +994 (12) 525 90 09 E-mail: [email protected] https://turanlegal.az/az/