"Bu il 67 mindən çox bələdiyyə aktı hüquqi ekspertizadan keçirilib, 1952 aktın qanunamüvafiq olmadığı müəyyən edilərək onlar ləğv edilib və ya dəyişdirilib, habelə qanunsuz verilən torpaq sahələri geri qaytarılıb".
FED.az xəbər verir ki, bunu Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov bildirib.
Eləcə də bax: Bələdiyyə torpağını qanunsuz satan sədr - HƏBS EDİLİB - RƏSMİ
O bildirib ki, bələdiyyələr tərəfindən yol verilən cinayət xarakterli pozuntularla bağlı 24 fakt üzrə materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib:
"Bununla yanaşı, bələdiyyələrə 9000-ə yaxın tövsiyə verilib, 25 metodik vəsait hazırlanıb, 8300-ə yaxın bələdiyyə üzvü və qulluqçusu maarifçilik tədbirlərinə, o cümlədən Ədliyyə Akademiyasında təşkil edilmiş kurslara cəlb olunub".
Report