Azərbaycanda spirtli içki istehsalçısı olan 3 şirkət barəsində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən cərimə protokolu tərtib edilib.
Eləcə də bax: "İSR Plaza" məcburi auditdən yayındığı üçün - CƏRİMƏLƏNİR
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir k, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə “Carlsberg Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyəti, “A+Co” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Gold Vine” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində cərimə protokolu tərtib edilərək rəsmi qeydiyyat ünvanları üzrə müvafiq rayon məhkəmələrinə göndərilib.
Bu maddə İXM-də valyuta tənzimi qaydaları pozulmasına görədir.
Belə ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.
Şirkət nə zaman cərimələnir?
Sahibkar müqavilə bağlayaraq, xarici şirkətə ödəniş edib, sövdələşdiyi vaxt yox, 2 il müddət çərçivəsində malı həmin şirkətdən ya almalı, ya da ödədiyi maliyyə vəsaitini geri qaytarmalıdır. Bunlara əməl etmək mümkün olmadıqda isə sahibkarlara Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən, müqavilə məbləğinin 20-30 faizi civarında cərimə protokolu tərtib olunur.