Bir müddət öncə saytımızda İran vətəndaşı Atefeh Dehqanizadeh, anası və 3 yaşlı qızı ilə Bakıda qalaraq ölkədən çıxa bilməmələri haqqında müsahibə yayımlanmışdı.
Eləcə də bax: Naxçıvanda vəzifəli şəxs - İŞDƏN ÇIXARILIB
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, A.Dehqanizadeh bildirmişdi ki, əri Fərzad Foroozanmehrin Azərbaycanda Orxan İsmayılov adlı biri ilə olan pul probleminə görə polis onları ölkədən buraxmır. İddiaya görə, Fərzad Orxanın evini sataraq pulunu götürüb və ölkədən gedib. Fərzadın ailəsi isə Türkiyəyə gedərkən Orxan onları hava limanında saxlayıb. Daha sonra Atefe, anası və qızının pasportları alınıb, onların ölkədən çıxışına “Stop” qoyulub. Bu hadisə 2019-cu ilin yanvar ayında baş verib. Yasamal polisi Atefe Dehqanizadehlə bağlı polisə bilə-bilə yalan məlumat vermə haqda araşdırmaya başlasa da, sübut əldə edilmədiyi üçün işə xitam verilib. Lakin bir neçə ay ərzində ailənin sənədləri özlərinə qaytarılmayıb. İranlı ailə bu işdə Yasamal RPİ-nin müstəntiqi Əlibala Hacıyev və Yasamal prokurorluğunun müstəntiqi Zamil Mehralıyevi ittiham edir.
Onların sözlərinə görə, hər iki şəxs və Orxan İsmayılov “ərin pulu qaytarmasa, sizi buraxmayacağıq” deyiblər.
Əcnəbi ailə vəkil tutaraq məhkəməyə müraciət edib. Yasamal rayon məhkəməsinin hakimi Günel Əkbərli noyabrın 28-də qərarı elan edib. Atefe Dehqanizadeh və ailə üzvlərinin ölkədən çıxışına qadağa qoyulması qanunsuz hesab edilib, “Stop”un götürülməsi və ailənin sənədlərinin özlərinə qaytarılmasına qərar verilib.
A.Dehqanizadeh saytımıza açıqlamasında artıq pullarının bitdiyini, özünün və uşağının günlərlə ac qaldığını, sənədləri olmadan Bakıda yaşaya bilmədiyini deyib.