Bir neçə şirkət və fiziki şəxs Vergilər Nazirliyini məhkəməyə verib. FEDöaz bildirir ki, bu iddialar bir neçə məhkəmədə, o cümlədən Bakı şəhər 2 saylı İnzibati İqtisadi Məhkəmədə baxılır
Azərbaycanda bağlanan şirkətlər – SİYAHI
Qaldırılan iddialar həm nazirliyin özünə, həm də onun müxtəlif qurumlarına, o cümlədən Bakı şəhər Lokal Gəlirlər Departamentinə, Vergi cinayətləri araşdırma departamenti və Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinə yönəlib.
Məhkəməyə müraciət edən şirkət və sahibkarlar bunlardır.
- "HURMOĞLU EĞİTİM ORGANİZASYON DANIŞMANLIK İNŞAAT İTHALAT İHRACAT PAZARLAMA VE TİCARET LİMİTED ŞİRKETİ"NİN AZƏRBAYCAN RESPUBLİKASINDAKI FİLİALI
- "ŞAHNAZ-M " MMC
- İSMAYIL ƏSGƏROV DƏMİR OĞLU
- "ARAZ" FİRMASI
- TB GROUP MMC
- "Məşəl Firması" MMC
- "AZTUR DIŞ TİCARAT" MMC
- "MAKRO İNŞAAT" MTK
və başqaları.
İddialar əsasən inzibati orqanların vergi məsələləri üzrə aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə aiddir.