İnzibati Xətalar Məcəlləsinə dəyilişlik edilib. Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb və Məcələyyə ötən ay Milli Məclis tərəfindən edilən dəyişikliklər təsdiqlənib.
FED.az-ın məlumatına görə, dəyişikliklərə əsasən inzibati cəza tədbiri ilə bağlı məlumatlar elektron portala daha qısa müddətdə yerləşdirilməlidir. Belə ki, bundan sonra inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə tərtib edilən elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) 1 gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz.
Qeyd edək ki, dəyişiklərdən əvvəl məlumatların istifadəçinin elektron kabinetində yerləşdirilməsi müddəti 1 ay müəyyən edilmişdi.
Ekspert Ərşad Hüseyov FED.az-a bildirib ki, baş verən yenilik nəticəsində artıq bu günə kimi olan elektron protokol elektron qərarla əvəz olunub. Bu sistemdə inzibati xətalar on-line vaxt rejimində qeydə alınmalıdır. Ekspertin sözlərinə görə, dəyişikliyin əsas məqsədi DYP-nin mərkəzi informasiya sisteminin operativ olmasını təmin etməkdir: «Əgər məlumat 1 gün ərzində sistemə daxil olmazsa sürücü məsuliyyətdən azad olunur».