Vətəndaşların bank kartlarından oğurluqlar davam edir.
FED.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.
Məlumata görə, aprelin 29-da ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 14900, 6900, 2997, 1863, 1600, 1530, 1000, 1000, 1000, 999, 360, 346, 300, 268, 212, 188, 100, 100, 100, 88, 50 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.
"Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar", məlumatda deyilir.
DİN bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edir: "Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var".