“Binəqədi Oil” şirkətindən oğurluq edilib.
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Xocəsən qəsəbəsi ərazisində yerləşən “Binəqədi Oil” şirkətinə məxsus neft quyularından, habelə şirkətə məxsus bir traktordan 21870 manat dəyərində borular və digər avadanlıqlar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Məmmədov saxlanılmışdır.