Rayonda keçirilən xüsusi əməliyyat zamanı həbs olunduğu deyilən Ağstafa rayon İcra Hakimiyyəti Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri Sənan Mustafayev saxlanılması xəbərini təkzib edib.
FED.az xəbər verir ki, Sənan Mustafayev BAKU.WS-in bölgə muxbirinə açıqlamasında haqqında yayılan məlumatların əsası olmadığını bildirib. Baş memar bildirib ki, hazırda Bakıdadır və rayona qayıtmağa hazırlaşır:
Eləcə də bax: Nizaməddin Quliyevin daha bir müavini - SAXLANILDI - ƏMƏLİYYAT
“Hazırda Bakıdayam, iclas idi bu səbəbdən gəlmişdim. Onu deyə bilərəm ki, həbsimlə bağlı xəbərlər əsassızdır, işimin başındayam və rayona qayıdıram”.
Ağsatafa rayon Mərkəzi Xəsətəxanasının baş həkimi Fatma Vəliyeva da həbs xəbəri ilə bağlı açıqlama verib:
“Yayılan xəbərlər doğru deyil. Mən sabah rayonun Düz Qışlaq kəndində Yaponiya səfirliyinin iştirakı ilə həkim məntəqəsinin açlışında iştirak edəcəm. Bizimlə millət vəkilimiz Məlahət İbrahimqızı da olacaq. İşimdəyəm, heç bir qanunsuz əməlim yoxdur ki, məni həbs edələr”.