Şamaxıda karantin rejimindən irəli gələn qaydalara riayət edilməsi məqsədilə şadlıq saraylarında keçirilən yoxlamalar zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkarlanıb.
Eləcə də bax: "ATLANT"ın rəhbəri karantin qaydalarını pozduğu üçün - Həbs Edilib
DİN-in mətbuat xidmətindən FED.az-a verilən məlumata görə, şəhər ərazisində yerləşən “Bəyaz Palace” şadlıq sarayında təşkil edilən toy mərasimi barədə məlumatların “icaze.e-gov.az”portalında qeydiyyatdan keçirilmədiyi müəyyən edilib.
Aşkarlanmış qayda pozuntuları ilə bağlı obyektin sahibi Şəfi Bəkdəmirov inzibati məsuliyyətə cəlb olunaraq 4 min manat məbləğində cərimələnib.