Banner

Hüquq

Baş Prokurorun birinci müavini və yeni müavinləri - TƏYİN OLUNUB

Baş Prokurorun birinci müavini və yeni müavinləri - TƏYİN OLUNUB | FED.az
15:48 21 May 2020

Baş Prokurora yeni müavinlər təyin olunub.

Eləcə də bax: Baş Prokurorluqda gözlənilməz qərar - MÜAVİNLƏR İŞDƏN ÇIXARILDI

FED.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Elçin Məmmədov Baş Prokurorun birinci müavini təyin edilib. Buna qədər Baş Prokurorun birinci müavini Rüstəm Usubov olub.

Baş Prokurorun digər müavinləri isə Elmar Camalov və Nazim Rəcəbov təyin edilib.

N.Rəcəbov, həmçinin, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəhbəri vəzifəsini yerinə yetirəcək.

Qeyd edək ki, bu təyinatlara qədər Elçin Məmmədov Lənkəran, Elmar Camalov isə Mingəçevir şəhər prokuroru vəzifəsində çalışıblar. N. Rəcəbov isə Baş Prokurorluğun Kadrlar İdarəsinin rəisi olub.

Apa

Digər xəbərlər

Banner