İyulun 9-da saat 11 radələrində Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rahib Mirzəyevin istirahət otağında özünü xidməti silahı ilə ürək nahiyəsindən bir dəfə atəş açaraq öldürməsi ilə bağlı məlumat daxil olub.
Eləcə də bax: Baş Prokurorluqdan "Azure” biznes mərkəzindəki intiharla bağlı - Açıqlama
FED.az xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, hazırda Baş Prokurorluğun İstintaq İdarəsinin və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerindədirlər.
Yaxın vaxtlarda ictimaiyyətə ətraflı məlumat veriləcək.