Baş Prokurorluq Sabirabadda intihar edən "Mauqli" ləqəbli Elvin Cəfərovun qazinin intiharı ilə bağlı açıqlama yayıb.
Qurumdan FED.az-a bildirilib ki, 1987-ci il təvəllüdlü, Sabirabad rayonu, Qalağayın kənd sakini Elvin Cəfərovun özünü yandıraraq intihar etməsi faktı ilə bağlı hazırda Sabirabad rayon prokurorluğunda araşdırma aparılır.
Xatırladaq ki, bir neçə gün əvvəl Sabirabadda özünü yandıraraq intihara cəhd edən qazi Elvin Cəfərov ağır vəziyyətdə Respublika Yanıq Mərkəzinə yerləşdirilib. 35 yaşlı qazi 2 gün öncə dünyasını dəyişib.