Şabran rayon sakini Elvin Rəsulovun tanışı tərəfindən aldadılaraq vergi ödəyicisi kimi qeydə aldırılması, adından müəyyən idxal əməliyyatlarının həyata keçirilməsi və nəticədə külli miqdarda vergi borclarının yaranması ilə bağlı Baş Prokurorluq və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aidiyyatı strukturları ilə birgə araşdırma aparılır.
Eləcə də bax: Xəbəri olmadan adına şirkətlər açılıb, 100 min manat borc var - VİDEO
FED.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Araşdırma nəticəsində qanuni qərarın qəbul edilməsi təmin ediləcəkdir. (Report)