Həkim məsuliyyətsizliyi nəticəsində ölüm faktlarına görə məsuliyyətə cəlb edilən səhiyyə işçiləri var.
Əməliyyat zamanı canlı yayım açan həkim barəsində araşdırma başlanılacaq - RƏSMİ
FED.az xəbər verir ki, bunu Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi Mahir Abbasov sosial şəbəkədə canlı yayımda deyib.
Onun sözlərinə görə, son dövrlərədək ölkədə həkimlərini cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı maddə mövcud deyildi: "Cari ilin 13 iyununda Cinayət Məcəlləsinin 142-ci maddəsi yeni redaksiyada təsdiq olundu. Bununla da, tibb işçilərinin öz işinə vicdansız və laqeyd münasibəti nəticəsində xəstənin sağlamlığına az ağır zərər vurulduqda cinayət tərkibi yaranır". (Apa)