Baş Prokurorluğun Mətbuat xidməti növbəti dəfə maarifləndirici videoçarx hazırlayıb.
Eləcə də bax: İlham Əliyev azad olunmuş torpaqlara getmək istəyənlərə - Müraciət Etdi
Qurumun Mətbuat Xidmətindən FED.az-a bildirilib ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, icazəsiz səyahətlər mülki şəxslərin minaya düşərək həlak olmaları və ya ağır dərəcəli bədən xəsarətləri almaları ilə nəticələnir.
"İnsanların polis postlarından yayınaraq və ara yollardan istifadə etməklə işğaldan azad edilən ərazilərə daxil olması nəticəsində mina və partlamamış hərbi sursat təhlükəsinə məruz qalması riski çox yüksəkdir.
İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi işi başa çatanadək icazəsiz və ya qanunsuz səfər insanların həyatı üçün təhlükəli ola bilər.
Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən qeyd olunan məsələnin həssaslığı və əhəmiyyəti nəzərə alınaraq növbəti dəfə maarifləndirici videoçarx hazırlanıb", - qurumdan bildirilib.