İyulun 4-də 1962-ci il təvəllüdlü İsbəndiyar İsmayılov Masallı rayonunun Qızılağac kəndi ərazisində elektrik dirəyində təmir işləri aparan zaman dirəyin qırılması nəticəsində hündürlükdən yerə yıxılaraq, aldığı xəsarətlərdən vəfat edib.
FED.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, İ.İsmayılovun ölməsi faktı ilə bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır.