Baş prokuror Kamran Əliyevin əmrinə əsasən, Vüsal Əliyev Baş prokurorun böyük köməkçisi vəzifəsinə təyin edilib.
Bir sıra məhkəmələrə sədr, sədr müavinləri və hakimlər təyin edilib - SƏRƏNCAM - SİYAHI
FED.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Vüsal Əliyev bu təyinata qədər Baş prokurorun xüsusi tapşırılar üzrə köməkçisi vəzifəsində çalışıb.
Həmçinin müvafiq əmrlə Rail Bayramlı tutduğu vəzifədən azad olunaraq Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi vəzifəsinə təyin edilib.
Qeyd edilib ki, Rail Bayramlı bu təyinata qədər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində çalışıb.