Bank kreditin sığortalı olduğunu bildirsə də, müştəri öləndən sonra borcu istəyir.
Vəfat edən şəxsin krediti hansı halda silinə bilər? - VİDEO
FED.az xəbər verir ki, hadisə paytaxt sakini Elnaz Məhərrəmovanın başına gəlib.
Onun sözlərinə görə, həyat yoldaşı 3500 manat kredit götürüb, bir müddət sonra isə dünyasını dəyişib.
Bu zaman bankdan ailəyə bildirilib ki, o, sığortalı müştəri olduğu üçün qalan borcu ödəməyə ehtiyac yoxdur. Lakin 3 il sonra borcla bağlı evə məhkəmə sənədi gəlib.
Elnaz Məhərrəmova deyir ki, hazırda onun krediti ödəməyə maddi imkanı çatmır. Üstəlik, əgər bank tərəfindən müştərinin borcunun bağladandığı deyilirsə, nəyə görə sonradan məhkəməyə verilir?
Məsələ ilə bağlı həmin bankdan "Xəzər Xəbər"ə bildirildi ki, öncədən səhv anlaşılma olub. Elnaz Məhərrəmovanın mərhum həyat yoldaşı Mehman Ələkbərov sığortasız kredit götürüb. Bu səbəbdən də ailə mərhumun borc öhdəliyini qəbul etməlidir.












