"Bank Standard"ın Kreditorlar Komitəsinin üzvü olmuş şəxsə qarşı xüsusilə külli miqdarda dələduzluq edilib.
Eləcə də bax: İşlədiyi şirkətə 90 min manat zərər vurdu - Cinayət İşi Başlanılıb
FED.az xəbər verir ki, "Bank Standard"ın Kreditorlar Komitəsinin üzvü olmuş Vəliyev Rişad Höccət oğluna qarşı Eldar Məhərrəmov adlı şəxs yarım milyon manatdan çox dələduzluq edilib.
Zərərçəkənin şikayəti əsasında Eldar Məhərrəmov saxlanılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, xüsusilə külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham verilib.
E. Məhərrəmov barəsində aparılan ibtidai istintaq başa çatdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Əhməd Quliyev icraatına verilib.
Qeyd edək ki, Vəliyev Rişad Höccət oğlu "Bank Standard"ın Kreditorlar Komitəsinin üzvü olub. O, komitəyə Əmanətlərin Sığortalanması Fondunun təşəbbüsü ilə daxil edilib. (Apa)