Kommersiya və ya bank sirri təşkil edən məlumatların qanunsuz yolla əldə edilməsi və ya yayılmasına görə cəriməyə dəyişiklik ediləcək.
Eləcə də bax: Bu maddəyə yeni iki bənd əlavə ediləcək - 1500 MANATDAN 2000 MANATADƏK CƏRİMƏ
FED.az xəbər verir ki, bu, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclasında müzakirəyə çıxarılan və Milli Məclisin aprelin 17-də keçiriləcək iclasına tövsiyə edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
İndiyə qədər sahibkarın razılığı olmadan kommersiya və ya bank sirri təşkil edən məlumatların tamah və ya başqa şəxsi niyyətlə qanunsuz yolla istifadə edilməsinə və ya yayılmasına görə, bu, yüz min manatadək ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilirdi.
Təklif edilən dəyişikliyə əsasən, bu əməllər nəticəsində az miqdarda ziyan dedikdə artıq yüz min manata qədər deyil, iki yüz min manatadək olan ziyan nəzərdə tutulacaq.
Başqa sözlə, sahibkarın razılığı olmadan kommersiya və ya bank sirri təşkil edən məlumatların tamah və ya başqa şəxsi niyyətlə qanunsuz yolla istifadə edilməsinə və ya yayılmasına görə, bu, iki yüz min manatadək ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə ediləcək.
Apa