"Ötən il bank kartları ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə 1 cinayət işi daxil olub".
Eləcə də bax: "Borcumu qaytarmaq üçün 124 nəfərin hesabından pul çıxardım - BANK XƏBƏRSİZ İDİ"
FED.az xəbər verir ki, bunu Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2019-cu ilin yekunlarına dair keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, iş üzrə araşdırılmalar aparılaraq istintaq başa çatdırılaraq məhkəməyə göndərilib: "Ziyanın ödənilməsi tam təmin edilib və vəzifəli şəxslər məsuliyyətə cəlb edilib. Bu iş bağlanmış banklarla bağlı olub. Bank sahəsində 57 şəxs barəsində 22 cinayət işi başlanılıb, baxılması üçün məhkəməyə göndərilib".
Report