Vətəndaşların bank hesablarında pul oğurlayan şəxslər saxlanılıb.
FED.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Gecə klublarında müştərilərə saxta içkiləri satan mütəşəkkil dəstə saxlanılıb - VİDEO
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 3-də Bakı şəhər sakini M.Həmidovanın bank hesabından 420 manatını oğurlamaqda şübhəli bilinən paytaxt sakini İlkin Nəzərov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə noyabrın 3-də Abşeron rayon sakini F.Əliyevin bank hesabından 1000 manatını oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş İman İsmayılov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.