Azərbaycanda elektron və elektrik məhsullarının satışı ilə məşğul olan “Baku Electronics” şirkəti qanunu pozduğu üçün cərimələnib.
Eləcə də bax: “EuroHome”un direktoru - Həbs Edildi
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şirkət qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların satılmasında, bununla bağlı işlərin yerinə yetirilməsində, xidmət göstərilməsində ittiham edilib.
Bu inzibati xətaya görə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.
“Baku Electronics” şirkəti İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə təqsirli bilinərək cərimə edilib. Şirkət bu qərarla razılaşmayaraq apellyasiya şikayəti verib.
İşə mayın 5-də Bakı Apellyasiya Məhkəməsinin hakimi Rəşad Abdulovun sədrliyi ilə baxılacaq.