“Baklift-2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin sabiq rəisi Aslanov Üzeyir Şüeyib oğlu barəsində cinayət işi açılıb.
Eləcə də bax: "Baklift-1”in sabiq rəisinə qarşı - CİNAYƏT İŞİ BAŞLANIB
FED.az xəbər verir ki, Ü Aslanov külli miqdarda mənimsəmədə təqsirli bilinir. Ona Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda ziyan vurmaqla mənimsəmə) ittihamı verilib.
Ü. Aslanov barəsində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan cinayət işinin ibtidai istintaqı başa çatdırılıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Telman Hüseynovun icraatına verilib.
Qeyd edək ki, bundan əvvəl “Bakı Lift Təmir-2» İstehsalat Birliyinin sabiq rəisi Ruslan Dilanov, “Lifttəmir” İstehsalat Birliyində (İB) müxtəlif vəzifələrdə çalışmış Əhməd Hüseynov və “Baklift-1” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin sabiq rəisi Taryel Qasımovun barələrində cinayət işi açılıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Apa