Bank kartlarından oğurluq etməkdə şübhəli bilinən şəxslər müəyyən olunaraq saxlanılıb.
FED.az xəbər verir ki, bu barədə DİN Mətbuat xidməti məlumat yayıb.
Paytaxt sakini olan bir nəfər şəxsin bank kartından 2300 manatının oğurlanması barədə Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə məlumat daxil olub.
Araşdırmalarla həmin şəxsin idarə etdiyi “Toyota” markalı avtomobilində sərnişinin onun mobil telefonunu danışmaq adı ilə alması və geri qaytararkən bank kartından 2300 manatının oğurlanması məlum olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır