Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə paytaxt sakini olan bir nəfərin bank kartından 700 manatının oğurlanması barədə məlumat daxil olub.
Bu barədə FED.az-a DİN Mətbuat xidmətindən bildirilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Nurlan Cəfərov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.