Abşeron rayonunun Xırdalan şəhərində talama cinayəti baş verib. Zərərçəkən polisə müraciət edərək işlədiyi mağazadan 7000 manatlıq məhsulun oğurlandığını bildirib.
MN korpusunun sabiq maliyyə xidmət rəisi barədə qərar verilib
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən FED.az biznes və maliyyə xəbərləri portalına verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlə 46 yaşlı A.Məmmədov əməli törətməkdə şübhəli bilinərək saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs mağazadan oğurluqları 3 ay ərzində hissə-hissə törədib.
Rayon ərazisində keçirilən digər tədbirlər nəticəsində isə evlərdən təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən 25 yaşlı K.Şıxəliyev və 44 yaşlı Y.Əliyev müəyyən olunaraq saxlanılıb.
Faktlar üzrə araşdırmalar aparılır.










