Bakıda 15 nəfərə qarşı dələduzluqda təqsirləndirilən Tural Həsənovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
FED.az xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Eləcə də bax: Tikinti şirkətindən vətəndaşa qarşı 120 MİN MANATLIQ DƏLƏDUZLUQ
Cinayət işi hakim Eldar İsmayılovun icraatına verilib.
Qeyd edək ki, T. Həsənov 15 nəfərdən sosial ev almaq adı ilə külli miqdarda pul alaraq mənimsəyib. Zərərçəkənlərin şikayəti əsasında T. Həsənov saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham verilib.
Apa