Bakıda dələduzluqda təqsirləndirilən Xanlar Cəfərovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Bakıda şirkətin 525 min manatı mənimsənilib - MƏHKƏMƏ
FED.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Babaxan Həsənəliyev ittiham aktını elan edib.
İttiham aktında göstərilib ki, “Avro Qrand” şirkətinin rəhbəri olan X.Cəfərov Binəqədi rayonu, Arif Məmmədov küçəsi 10 ünvanında bina inşa edib. O, nağd ödənişlə vətəndaşlara mənzillər satsa da, həmin mənzillərin açarları sahiblərinə verilməyib.
Belə ki, X.Cəfərov həmin mənzilləri bir neçə şəxsə satıb.
İş üzrə 12 zərərçəkmiş var. Onlara ümumilikdə 1 milyon 500 min manat ziyan dəyib.
Məhkəmədə X.Cəfərov ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib.
Növbəti proses avqustun 23-nə təyin edilib.
Qeyd edək ki, X.Cəfərov daha əvvəl eyni əmələ görə həbs olunub və məhkumluq həyatı yaşayıb.(Report)
İstənilən hüquq və vergi xidmətləri ilə bağlı məsələləri “Turan Legal and Tax Services” şirkətinə həvalə edə bilərsiniz. “Turan Legal and Tax Services” sizə ən yüksən konsaltinq standartları ilə xidmət göstərən etibarlı hüquq şirkətidir. “FED.AZ saytının “Hüquq” və “Məhkəmələr” rubrikasına aid bütün xəbərləri ölkənin ən qabaqcıl konsaltinq şirkətlərindən olan “Turan Legal and Tax Services” şirkəti təqdim edir. Ünvan: Bakı, Füzuli küç. 37 Park View Biznes Mərkəzi, V mərtəbə Telefon: +994 (12) 525 90 09 E-mail: [email protected] https://turanlegal.az/az/