İyirmi min borcu olan Bakı sakini qanunsuz azadlıqdan məhrum edilib.
Hüquq-mühafizə orqanlarından FED.az-a verilən məlumata görə, paytaxt sakini K.Əsgərov Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə müraciət edərək, atası H.Əsgərovun 20 min borcu olması səbəbindən tanıdığı şəxs tərəfindən naməlum ünvanda saxlanıldığını bildirib.
Eləcə də bax:Ölkədən qanunsuz pul çıxaran şirkətə - DÖVLƏT VƏSAİTİ ETİBAR OLUNUB
O ərizəsində qeyd edib ki, hazırkı vaxtadək atası buraxılmayıb.