Bakıda poçtdan pul və lotereya biletləri oğurlanıb.
Eləcə də bax: Bakıda «Milli Ön» ödəmə terminalını oğurlayanlar tutulub - VİDEO
Bu barədə FED.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 29-da rayon ərazisindəki poçtların birindən 1040 manat pul və 2600 manat dəyərində lotereya biletləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini İlqar Knyazov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.