Mayın 31-də gecə saatlarında Ramana qəsəbəsi ərazisində yerləşən marketlərin birindən 1554 manat dəyərində tütün məmulatı və oradakı ödəmə terminalından 3 170 manat pulun oğurlanması barədə Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə məlumat daxil olub.
FED.az xəbər verir ki, bu barədə DİN Mətbuat Xidməti məlumat yayıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Həbib Ovçiyev saxlanılıb.
Araşdırma aparılır.