Bakıda maşınqayırma zavodunda oğurluq hadisəsi baş verib.
FED.az xəbər verir ki, hadisə aprelin 13-ü saat 11:30 radələrində Binəqədi şossesində yerləşən maşınqayırma zavodunun həyətindəki sexdə baş verib.
Eləcə də bax: “Al market”dən - OĞURLUQ OLUB
Belə ki, naməlum şəxslər həmin sexdən 600 manat dəyərində 4 ədəd aluminium pəncərələri sökülərək oğurlayıblar.
Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1975-ci il təvəllüdlü A.Hacıməmmədov, 1994-cü il təvəllüdlü M.Həmzətov və 1991-ci il təvəllüdlü T.Tehruzlu müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdıma aparılır.
Report