Binəqədidə karantin qaydalarını pozaraq fəaliyyət göstərən kafe aşkar edilib, oyektdə olan 6 nəfər inzibati qaydada cəzalandırılıb.
Eləcə də bax: Bakıda karantin tələblərini pozan - OBYEKTLƏR BAĞLANDI
FED.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Binəqədi rayonu A.Gəraybəyli küçəsində yerləşən “Kəndimiz” adlı kafenin xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərəndiyi aşkar edilib. Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı kafedə karantin qaydalarını pozan 6 nəfər saxlanılaraq 5-ci Polis Bölməsinə gətiriliblər.
Xüsusi karantin qaydalarını pozan şəxslər barəsində Polis Bölməsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbir görülərək 100 manat miqdarında cərimə ediliblər.
Obyektin sahibinin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.