Ölkə ərazisində xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun tədbirlər davam etdirilir.
Eləcə də bax: Xüsusi karantin dövründə fasiləsiz işləyəcək - MÜƏSSİSƏLƏR AÇIQLANDI
FED.az xəbər verir ki, polis əməkdaşları və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları Bakının müxtəlif yerlərində reydlər keçirib.
Reyd zamanı hələ də açıq və ya gizli şəkildə fəaliyyətini davam etdirən iaşə obyektinə rast gəlinib.
Belə ki, polis əməkdaşları və hərbi qulluqçular paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsi 2C massivinin 1-ci keçid ərazisində kafe aşkarlayıblar.
Aşkarlanan iaşə obyektinin sahibi barəsində inzibati protokol tərtib edilərək obyektin bağlanması təmin edilib.
Report