Bakıda fabirklərin birindən mühərrik yağı oğurlanıb.
FED.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən fabrikin anbarından 24.000 manat dəyərində mühərrik yağının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Sabunçu RPİ 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən orada satıcı işləyən Ağdam rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Mahir Səfərov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.