Azərbaycanda daha bir nəfər spirtli içkidən zəhərlənib.
Eləcə də bax: Bakıda saxta içki qurbanlarının sayı artır - DAHA BİR NƏFƏR ÖLDÜ
FED.az xəbər verir ki, yanvarın 24-ü saat 19 radələrində Qazaxıstan vətəndaşı, 1980-cı il təvəllüdlü Əzimov Şahmalı Anatoliyeviç Xətai rayonunda yerləşən "Beer Point" kafesində 1 litr "Tradisii Belarusii" markalı araq içib və zəhərlənərək Toksikologiya Şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağırdır.
Xətai RPİ-də araşdırma aparılır.
Məlumata görə, Ş. Əzimov Bakı Slavyan Universitetinin yataqxanasında yaşayır.
Qafqazinfo