Ötən il ümumilikdə Bakı şəhərinin prokurorluq orqanları tərəfindən hesabat dövründə 279 cinayət işinin ibtidai istintaqı tamamlanmış, onlardan 197 iş baxılması üçün müvafiq məhkəmələrə göndərilib.
FED.az xəbər verir ki, bu barədə Bakı şəhər prokurorluğunda 2023-cü ilin yekunlarına dair əməliyyat müşavirəsində bildirilib.
Qeyd edilib ki, Bakı şəhəri üzrə prokurorluq orqanları tərəfindən ibtidai istintaqı tamamlanmış cinayət işləri üzrə ümumilikdə dövlətə, fiziki və hüquqi şəxslərə vurulmuş 7 milyon 151 min 170 manat məbləğində maddi ziyanın 5 milyon 141 min 511 manatının və ya 71,9 %-nin ödənilməsi təmin olunmuşdur.
Həmçinin hesabat dövründə Bakı şəhərinin rayon prokurorluqlarının icraatında olan cinayət təqibi materialları üzrə qanunvericiliyə müvafiq olaraq şəxsin məsuliyyətdən azad olunması üçün dövlət büdcəsinə 442 min 748 manat pul vəsaiti ödənilmişdir.