Yasamal rayonu Yeni Yasamal qəsəbəsində yerləşən UDT-TEXNIKA MMC şirkətinə məxsus içində külli miqdarda pul olan seyf oğurlanıb.
FED.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.
Eləcə də bax: Azərbaycanda bank hesabından pul oğurlayan - ŞƏXS TUTULUB
Oğurluğun oktyabrın 13-də, saat 05:00-08:00 aralığında törədildiyi iddia edilir. Bu barədə polisə şirkətin sahibi, 1980-ci il təvəllüdlü Elsevən Quliyev məlumat verib. Zərərçəkən ifadəsində naməlum şəxslərin ofisə pəncərədən girdiklərini, içində mindən çox manat və təxminən 25 min dollar olan 50x30 santimetr ölçüsündəki seyfi oğurladıqlarını bildirib.
Oğurluq barədə araşdırma Yasamal RPİ-nin istintaq şöbəsinin əməkdaşları tərəfindən aparılır.
Şübhəlilərin şəxsiyyəti hələ müəyyənləşdirilməyib. Lakin şirkət işçilərindən də kiminsə oğurluqda iştirak edə biləcəyi istisna edilmir.
Qeyd edək ki, UDT-TEXNIKA MMC şirkəti 2008-ci ildən bəri Cummins məhsullarının rəsmi dileridir. Onlar “Cummins” mühərrikləri, generatorları, “Fleetguard” filtrləri və bu kimi məhsulların satış xidmətini həyata keçirirlər.
Oxu