Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində vətəndaşlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən 1976-cı il təvəllüdlü Azad Həsənov və 1980-ci il təvəllüdlü Elnur Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
FED.az bildirir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
Məhkəmənin hökmü ilə A.Həsənov 8 il, E.Vəliyev isə 10 müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində aparılan araşdırmalarla "Etalon İnşaat" MTK tərəfindən paytaxtın Xətai rayonu ərazisində tikilməkdə olan yaşayış binasındakı mənzillərin aldatma yolu ilə təkrar olaraq ayrı-ayrı şəxslərə satılması aşkar edilib.
Eləcə də bax: Vergilərdən açıqlama: «Kirayə mənzillərdən vergi tutulacaq»
İlkin araşdırmalarla müəyyən edilib ki, "Əzizbəyov-KM" MMC-nin sifarişi ilə 2006-cı ildə inşasına başlanılmış yaşayış binasındakı bir neçə mənzil "Etalon İnşaat" MTK-nın vəzifəli şəxsləri tərəfindən öz qulluq mövqelərindən sui-istifadə etməklə ayrı-ayrı şəxslərə satılıb.
Məlumata görə, Xətai rayonu, Xocalı küçəsi 2347-48-ci məhəllədə yerləşən bina "Etalon inşaat" MTK tərəfindən tikilib. Bina tam başa çatmamış "Əzizbəyov-KM" MMC-yə verilib. Amma binanı inşa edən MTK mənzillərdən bəzilərini satıb. Ancaq "Əzizbəyov-KM" MMC həmin satılan mənzillərə verilən sənədləri etibarsız sayaraq yenidən satışa çıxarıb. Bunun nəticəsi olaraq da bir çox mənzillərlə bağlı mübahisəli vəziyyət yaranıb.
Cinayət işi üzrə, ümumilikdə, 50-dən çox zərərçəkmiş var. Həmin şəxslər 600 min manatdan çox dələduzluq etməkdə ittiham edilir.
E.Vəliyev və A.Həsənov "Əzizbəyov-KM" MMC və "Etalon İnşaat" MTK-da rəhbər şəxslərdir.
Eləcə də bax: Karxanalar nəzarətə götürülür - QANUNA DƏYİŞİKLİK