Bakıda vətəndaş banka 200 avroluq saxta əskinas verib.
Bu barədə FED.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumata yayıb.
Eləcə də bax: Mərkəzi Bank saxta pullarla mübarizəyə dair seminarlar keçirib
Sentyabrın 5-də Yasamal rayonu ərazisindəki bankların birinə 200 avroluq saxta əskinas təqdim edən şəxs orada xidmət aparan Yasamal rayon Mühafizə İdarəsinin əməkdaşı tərəfindən saxlanılıb.
27-ci Polis Bölməsinə təhvil verilən həmin şəxsin Bakı şəhər sakini F.Muqbilov olduğu müəyyən edilib.
Araşdırma aparılır.