İran bankı Bank Melli Iran-ın Bakı filialı şirkətlə bərabər, rəhbərlər qardaş və bacını məhkəməyə verib.
Eləcə də bax: Mərkəzi Bank Azərbaycanın ixrac və idxal ilə məşğul olan şirkətini - CƏRİMƏLƏYİR
FED.az Banker.az-a istinadən xəbər verir ki, bankın Bakı filialı “O.M Logistics and Supply Company” MMC və onun rəhbərliyində olan Müslümzadə Orxan Məcid oğlu və Müslümzadə Zərifə Məcid qızını kredit müqaviləsi üzrə mübahisə səbəbindən məhkəməyə verib.
Şirkət barəsində iş Bakı Kommersiya Məhkəməsinə göndərilib, Zeynəb Axundova hakim təyin edilib.
“O.M Logistics and Supply Company” MMC 2019-cu ildə yaradılıb və 30 manat nizamnamə kapitalı var. Şirkətin qanuni təmsilçisi Orxan Müslümzadədir.