Bakının Nərimanov rayonu ərazisindəki mağazaların birindən 80 000 manat dəyərində inşaat materiallarının oğurlanması barədə polisə məlumat daxil olub.
Bank kartından 2000 manat oğurladı - SAXLANILDI
Daxili İşlər Nazirliyindən FED.az-a bildirilib ki, Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Göyçay rayon sakini Nazir Cavadov və Ağdaş rayon sakini Mehman Məcidov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.