Bakı sakininin kart hesabından pul oğurlanıb.
Eləcə də bax: Bakıda bank hesabından - 8 500 MANAT OĞURLANIB
Bu barədə FED.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə iyunun 9-da paytaxt sakini N.Eyvazovun bank hesabından 383 manatının oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini T.Almasi müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.