Bakıda kişinin bank hesabından 2500 manat oğurlanıb.
Eləcə də bax: Laçın sakinlərinin bank kartlarından pul çıxaranlar - SAXLANILIB
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən FED.az-a verilən məlumata görə, Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə dekabrın 5-də Bakı şəhər sakini S.Alxanovanın bank hesabından 2500 manat pulunun oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Ağsu rayon sakini, əvvəllər məhkum olunmuş A.Bayramov müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.