Bakı sakinin bank hesabından dələduzluq yolu ilə pul oğurlanıb
DİN-in Mətbuat Xidmətindən FED.az-a bildirilib ki, Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Y.Abıyevi aldadıb hesabına 175 manat pul ödətdirməklə dələduzluq etməkdə və Binəqədi qəsəbə sakini olan bir qadının bank hesabından 150 manatını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Camaləddin Cəfərov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.