Bakı şəhər sakini olan bir nəfərin bank kartından 500 manatının oğurlanması barədə Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə məlumat daxil olub.
Bu barədə FED.az-a DİN Mətbuat Xidmətindən bildirilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 42 yaşlı N.Quliyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.