Bakı Nəqliyyat Agentliyi (BNA) publik hüquqi şəxsi gömrük bəyamnaməsini təqdim etməməsinə görə bu dəfə özü cərimələnib.
FED.az Banker.az-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsi (DGK) bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə cərimə protokolu tərtib edib.
Eləcə də bax: Ağac kəsən şirkət - 26760 MANAT CƏRİMƏLƏNİB
Nərimanov Rayon Məhkəməsində verilən 9 yanvar 2020-ci il tarixli qərardan BNA narazı qalaraq Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Apellyasiya isə öz növbəsində bu qərarın dəyişdirilmədən saxlanılmasına qərar verib.
Xatırladaq ki, İXM-nin 485.2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə – vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
İXM-nə bu əlavə Prezidentin 28 dekabr 2018-ci il tarixli fərmanı ilə edilib. Bu Qanun 2019-cu il fevralın 1-dən qüvvədədir.