Tanınmış iş adamı, “Bakı” futbol klubunun sabiq prezidenti Hafiz Məmmədovun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətə baxılıb.
Eləcə də bax: “Məni həbsdən buraxın, borcumu ödəyəcəm”
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, Yasamal rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə Hafiz Məmmədovun vəsatəti təmin edilib və o, ev dustaqlığına buraxılıb.
Qeyd edək ki, bir müddət əvvəl Yasamal rayon Məhkəməsinin qərarı ilə H. Məmmədovun barəsində 2 ay 15 günlük həbs-qətimkan tədbiri seçilib.